ONN İnformasiya Agentliyi

Zaurla Xoşqədəm arasında YARIŞ

Zaurla Xoşqədəm arasında YARIŞ
02 Noyabr 2018 - 12:21

Aparıcılar Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı arasında uzun illərdir davam edən qalmaqal bitmir. Eyni formatda veriliş aparan aparıcılar hər dəfə proqramda bir-birinə söz atırlar.
ONN media Axşam.az-a istinadla xəbər verir ki, bu dəfə də Xoşqədəmlə Zaur üz-üzə gəlib. Belə ki, bir neçə gün əvvəl Zaur "Bizimləsən" proqramında yeni bir reklam çarxına çəkildiyini açıqlayıb. O bildirib ki, məşhur bir şirkətlə imzaladığı müqavilədən aldığı qonorarın bir hissəsini verilişinə kömək üçün gələn uşağın müalicəsinə bağışlayacaq. 

Ötən gün isə Xoşqədəm eyni addımı atıb. O, proqramına gəlib kömək istəyən uşağa öz maaşı ilə kömək edəcəyini bildirib. X.Hidayətqızı deyib ki, maaşından min manat onun üçün ayıracaq.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png