ONN İnformasiya Agentliyi

DOKTOR, PROFESSOR ƏHMƏD QƏŞƏMOĞLUNUN AHƏNGYOL ELMİ VƏ ONUN TƏKCƏ AZƏRBAYCANA ÇATMAYAN ƏKS-SƏDASI

DOKTOR, PROFESSOR ƏHMƏD QƏŞƏMOĞLUNUN AHƏNGYOL ELMİ VƏ ONUN TƏKCƏ AZƏRBAYCANA ÇATMAYAN ƏKS-SƏDASI
23-06-2019, 10:26

Təkcə elə Quqlda (Google) Ahengyol yazmaq lazımdır ki, bu terminin adı altında gedən qlobal yeni bir elmin nə dərəcədə yayıldığının şahidi olasan. Az qala dünyanın bütün aparıcı dillərində Ahəngyol`un elmin və bəşər fəaliyyətinin bütün digər sahələrində - idarəetmənin, texnologiyanın, planetlərarası uçuş kommunikasiyalarının təkmilləşmədirilməsindəki rolunun izahına ayrılan səhifələrin bolluğunun şahidi olasan. Təkcə dünyanın bir yarımçıq guşəsində - bu elmin yarandığı Vətəndə - Azərbaycanda onun rəsmi etirafına rast gəlmək olmur.

AHƏNGYOL ELMİ NƏ DEMƏKDİR?
(Fərdi anladığım qədər -T.A.)

İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, bu elmin tezislərindən kənarda qalsın. O təsdiq edir ki, dünyada idarəetmənin bütün prosesləri kainatın mövcudluq və funksionallıq prinsiplərinə əsaslanmalıdır. Bizim yaşayıb fəaliyyət göstərdiyimiz dünya, kainatın bir hissəsidirsə, biz kainat harmoniyası qanunlarından kənarda mövcud ola bilmərik. (Vallahi, bunları oxuyanda sanki Eynşteynin Nisbilik nəzrəiyyəsinin yeli vurur məni). Əgər idarəetməni və qazanılan nailiyyətləri daha uğurlu və daha dayanıqlı etmək istəyiriksə, bütün fəaliyyətimizi bu harmonik proseslərə kökləməliyik.

Ümümikainat harmoniyasına söykənməyən rəhbərin uğuru dayanıqlı və uzunmüddətli ola bilməz. Bunu nəzərə alaraq, Ahəngyol yeni elmi paradiqma irəli sürür. Yalnız rasional informasiya ilə məhdudlaşmamaq üçün paradiqmalardan biri - riyaziyyatda böyük keyfiyyət və kəmiyyət dəyişikliklərinin həyata keçirilməsinə nail olmağı tələb edir. Qeyri səlis riyazi metodlar bu sahədə daha adekvat metodlar olduğundan, bu sahənin inkişafı üçün tədqiqatlara daha ciddi yanaşmaq vacibliyi xüsusi vurğulanır.

Bununla yanaşı, irrasional faktorların qeydə alınmasını təkmilləşdirmək üçün yeni elmi yanaşmalar da vacibdir.
Universal olduğu üçün Ahəngyol, elmin bütün sferalarına tətbiq edilmək qüdrətindədir. Onun obyektləri proseslərin idarə olunması tələb edilən təbiətdir, cəmiyyətdir, bütün sənaye sahələridir.

Ahəngyol indiyə qədər yalnız rasional düşüncə bucağı altından ümumi baxılan Sistemin kainat harmoniyasına tabe etdirilməsidir.

İnsanın düçüncə tərzi məhduddur. Onun anlamadığı aləmdən kənarda Sonsuzluq başlayır. Bu hədd hər fərddə müxtəlifdir. Ahəngyol sistemin harmoniyada təkmilləşdirmək yolu ilə anlanılmayan aləmin rasional hala gətirilməsidir.

Ahəngyol öz məqsədinə çatmaq üçün insanın harmoniyanı anlmaq yolu ilə sosial sistemdə Azad olmasını aşılayan elmidr.

Bu elmin aşağdakı kateqoriyaları mövcuddur: ruh, Allah, harmoniya, konflikt, bəşər övladı, peyğəmbər, uzaqgörmə, əvvəlcədəngörmə, həssas aləm, irrasional bilik, enerji, həyat enerşisi, mövcudluq, məqsəd (missiya), cəhd, mədəniyyət, adət-ənənə (tradisiya), dini sistem, tərəqqi, populyasiyanın keyfiyyəti, tale, bacarıq və s.

Ahəngyolun irəli sürdüyü qlobal harmoniyaya çatmaq üçün ən rasional yol – bütün sahələrdə böyük nailiyyətlərə nail olmağın yolu - qeyri səlis riyaziyyatın inkişaf etdirilməsindən keçir.

Özünün Qeyri Səlis Məntiq nəzəriyyəsi ilə dünya şöhrəti qazanmış Böyük həmyerlimiz Lütfi ZADƏ hələ 2011-ci ildə, digər həmyerlimiz Qəşəmoğlunun Ahəngyol elminə diqqət yetirmiş, onun rasional elm sahəsi olduğunu özünün qapalı elm jurnalında xüsusi vurğulamışdır.

Bu ilin oktyabrında Yaponiyada keçiriləcək 5-ci Beynəlxalq elmi konfransın təşkilatçı katibi Sinni Şen` Ahəngyolun müəllifinə bu günlərdə dəvət məktubu göndərib. Anun Qəşəmoğlunu öz yeni tapıntıları ilə həmkarlarını tanış etmək üçün konfransa dəvət etməsi, bu elmin də, onun müəllifinin də beynəlxalq arenada tam etirafıdır. Müəllifdən asılı olmayaraq yapon alimlərinin elmi jurnallalrdakı materillara söykənərək Ahəngyola verdikləri analizi oxuduqcan adamın öz həmyerlisi üçün sinəsi qabarmaya bilmir.

Keçən il eyni məzmunlu məktub Çindən də gəlmişdi.

Ancaq AMEA-nın Azərbaycan aliminin heç bir elmi konfransa getməsinə “pul tapa bilməməsi” səlis olmayan, müəmmalı cavabı, həqiqəti deyim, adamın belini bükür.

İlk baxışdan insan düçüncəsinə sığmayan bu qlobal yüklü elmin çox dillərdə dərc olunmuş materialları ilə tanış olduqcan, şəxsən məni sevindirən bir cəhət də odur ki, məqalələrin lap önündə “Ahəngyol” termininin nə demək olduğunu açıqlayan müəllifin, “Bu, Azərbaycan sözü olub, ingiliscə “Way of Harmony” or (və ya) “Harmoniousness” (ha`rmoniessness) deməkdir” deyə, oxucuya izahat verməsidir.

Budur, Azərbaycan Zehninin Vətəni dünyaya tanıtdırmaq və onu öyrənməyə məcbur etmək bacarığı!

Gəlin, AHƏNGYOL elminin yaradıcısı və tərəqqisi yolunda bir hey külüng çalan Doktor, Professor Əhməd Qəşəmoğluna bu yolda böyük harmonik uğurlar arzulayaq!

_____________________
Mənbə: Ahmad Gashamoglu Fuzzy mathematics & science of ahangyol 
* Institute of Philosophy, Azerbaijan National Academy of Sciences
12th International Conference on Application of Fuzzy Systems and Soft Computing, ICAFS 2016, 29-30 August 2016, Vienna, Austria

Tariyel Azerturk, Sietl, ABŞ.


OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png