Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Fərzəliyev elmin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. ONN media xəbər verir ki, V.Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktorudur. 19 dekabr 1939-cu ildə Bakıda anadan olub. BDU-nun kimya fakültəsini bitirib, aspiranturanı Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunda oxuyub. Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. 670 elmi əsərin, o cümlədən 114 müəlliflik şəhadətnaməsi və patent, üç monoqrafiyanın, bir kitabın müəllifidir. Onun əsərlərinin təxminən 300-ə yaxını xaricdə çap olunub. 120-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.
İlham Əliyev 80 yaşlı akademiki təltif etdi



Elmira Süleymanovaya yeni vəzifə verildi
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Prezidentdən Vaqif Fərzəliyevlə bağlı SƏRƏNCAM
İlham Əliyev akademiki təltif etdi
Azərbaycanlı kimyaçı alim vəfat etdi
SON DƏQİQƏ: Vasim Məmmədəliyev vəfat etdi
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Ramiz Mehdiyev ona YÜKSƏK VƏZİFƏ verdi
14 dekabr Xudu Məmmədovun doğum günüdür
Professor Abasqulu Quliyev vəfat edib
Zərifə Əliyevanın anadan olmasından 97 il ötür
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 