Azərbaycanda sentyabrın 3-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq. Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
3 sentyabrda HAVA NECƏ OLACAQ?



Bu gün hava necə olacaq?
Sabahın HAVASI: 34 dərəcə isti olacaq
Sabahın hava proqnozu AÇIQLANDI
Sabahın HAVA PROQNOZU açıqlandı
Həftənin ilk iş gününə olan HAVA PROQNOZU
Bu gün hava necə olacaq?
Bu gün 35 dərəcə isti olacaq
Bazar günü hava necə olacaq? - PROQNOZ
Bu gün hava necə olacaq?
Sabah hava necə olacaq?
Sabahın havası: yağış, şimşək, dolu...
Bazar günü hava necə olacaq? - PROQNOZ AÇIQLANDI
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir 