Əməkdar artist Bəhram Bağırzadənin sosial media paylaşımı marağa səbəb olub.
ONN media xəbər verir ki, aktyor ''İnstagram'' hesabında öz fotosunu yayımlayaraq ermənilərə sərt mesaj ünvanlayıb.
"Mən Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə, insan nitqini hələ də qavraya bilən hər kəsə müraciət edirəm. Son onilliklər ərzində Azərbaycan bir çox dünya səviyyəli layihələr həyata keçirmişdir. Ancaq əsas odur ki, biz 10 milyon olduq. Çünki prezidentimiz İlham Əliyev başda olmaqla, yaratdığımız gələcəyimiz var. Siz isə əbədi müharibənizlə təkbətək qaldınız və nə vaxtsa həyatla, dahi musiqi ilə, bülbüllərin cəhcəhi ilə bürünən Qarabağ torpağını yer üzündə cəhənnəmə çevirdiniz. Xalqınızı tanrısız, nifrət virusu ilə yoluxdurdunuz. Nəsillərinizə hansı mirası qoyacaqsınız? Yanmış torpaqlar, mina dolu sahələr, əsgərləriniz üçün məzar daşları, analarınız üçün qara matəm rəngi? Düşünün! Qarabağı tərk edin, onu dağıdıcı varlığınızdan azad edin! Bu mübarək torpaqda çörək yetişdirənlər, körpülər tikənlər, uşaqlara dərs verənlər və Allaha dua edənlər yaşamalıdır! Biz müharibəyə nifrət edirik, ancaq qələbə qazananadək mübarizə aparacağıq! Biz qələbə çalacağıq, çünki həqiqət, ədalət və Allah bizim tərəfimizdədir! Biz qələbə çalacağıq, çünki sülh və yaradılış üçün doğulmuşuq! Qarabağ Azərbaycandır!''- deyə, Əməkdar artist qeyd edib.



Bəhram Bağırzadə koronavirusa YOLUXDU
Bəhram Bağırzadə bu kanalda veriliş aparacaq
Bəhram Bağırzadədən ŞAD XƏBƏR: Evə buraxıldı
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadəyə qarşı dələduzluq edildi - FOTO
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son xəbər - Bütün ailə üzvləri...
Bəhram Bağırzadənin anası da koronavirusa YOLUXDU
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı
DİN-dən Bəhram Bağırzadənin ironik videosuna reaksiya
Bəhramın səhhəti ilə bağlı son açıqlama
Bəhram xəstəxanadan paylaşım etdi: "Hələ ki, dayanmağı..."
Bəhram Bağırzadənin son durumu... - Açıqlama
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir 