Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (“ASAN Xidmət”) tərəfindən keçirilən 2 tender müsabiqəsinin qalibi məlum olub. ONN media bildirir ki, hər iki tender müsabiqəsinin qalibi "Tompa Group" MMC (VÖEN- 1004448331) şirkəti olub. Müsabiqənin şərtinə görə "Tompa Group" MMC Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərini görəcək. Gəncə regional “ASAN xidmət”ə məxsus 1 ədəd “Man Neoplan” və 1 ədəd “Mercedes Benz Sprinter” avtomobilini təmizləmək üçün "Tompa Group" MMC “ASAN xidmət”dən 152 min 64 manat alacaq. Sumqayıt regional “ASAN xidmət”ə məxsus 1 ədəd “Man Neoplan” və 1 ədəd “Mercedes Benz Sprinter” avtomobilini təmizləmək üçün isə "Tompa Group" MMC “ASAN xidmət”dən 108 min 121 manat 92 qəpik alacaq. Qeyd edək ki, təmizlik müddətinin hansı dövrü əhatə edəcəyilə bağlı məlumat açıqlanmayıb. Amma, Gəncə regional “ASAN xidmət”ə məxsus avtomobillərinin təmizlənməsilə bağlı sonuncu müqavilə bir il əvvəl keçirilib. Bu isə o deməkdir ki, “ASAN xidmət” Gəncə şəhərində 1 ədəd “Man Neoplan” və 1 ədəd “Mercedes Benz Sprinter” avtomobilini təmizləmək üçün hər gün 417 manat pul xərcləyir. Onu da bildirək ki, “ASAN xidmət”in avtomobillərinin təmizlənməsilə bağlı keçirdiyi tenderlərin hamısında "Tompa Group" MMC qalib olub. Son bir ildə bu məqsədlə “ASAN xidmət” "Tompa Group" MMC-yə 1 milyon 118 min 975 manat 51 qəpik vəsait ödəyib. "Tompa Group" MMC 08.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Ağa Nemətulla (Rəsulzadə qəs.), ev 22” olaraq göstərilir. Qanuni təmsilçisi isə Həsənov Qadir Vəli oğludur. Açıq internet resurslarında "Tompa Group" MMC barəsində heç bir məlumata rast gəlmək mümkün deyil. “Facebook” sosial şəbəkəsində 1 may 2020-ci il tarixində “Tompa Group MMC” adı ilə açılan səhifəni isə bugünə kimi bir nəfər də olsun “bəyənməyib”.(yeniavaz.com)
“ASAN Xidmət” 2 ədəd avtomobilini təmizləmək üçün hər gün 417 manat pul xərcləyir - TƏFƏRRÜAT



Bu ərazilərdə “ASAN xidmət” mərkəzləri tikilir
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləməyəcək
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
“ASAN xidmət”də YENİLİK
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
“ASAN xidmət” və “ASAN Kommunal” bu tarixlərdə işləməyəcək
DİQQƏT: “ASAN xidmət” 4 gün işləməyəcək
Bu rayonlarda da “ASAN xidmət” mərkəzləri tikiləcək - SİYAHI
Sabah ASAN Xidmətdə iş olacaq?
Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərdə "Asan Xidmət" açılacaq
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 