Şeyxülislam Allahşükür Paşazadənin məlum açıqlamasından sonra ictimaiyyət onun öz vəzifəsindən istefa verməsi ilə bağlı tələblər səsləndirməyə başlayıb.
Bildirilir ki, şeyx öz vəzifəsinin tələbi olan birləşdiricilik deyil, daha çox parçalanmaya səbəb olan açıqlamalar verir və bu da narazılığı artırır. Amma şeyx QMİ-nin qurultayının qərarı ilə ömürlük olaraq bu posta seçilib. O özü istefa verməsə, hansı addım atıla bilər? Bunun hüquqi proseduru varmı?
ONN media bildirir ki, Milli Məclis deputatı Fazil Mustafa Yenisabah.az-a açıqlamasında bunun üçün hüquqi mexanizm mövcud olmadığını bildirib:
“Bizim qanunvericilikdə tamamilə fərqli bir yol izlənilib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinə fövqəladə səlahiyyətlərə malik qeyri-hökumət təşkilatı statusu verilib. Hüquqi qaydalara uyğun olmasa da, Azərbaycan reallığına uyğun belə bir addım atılıb.
Bir sıra QHT-lərin, dini icmaların bu QHT-dən asılı vəziyyətdə, onun rəyi ilə fəaliyyət göstərməli olduğu qanunvericilikdə qeyd olunub. Ona görə həmən quruma daxil olan şəxslərin qərarı ilə hansısa bir şəkildə məsələyə baxıla bilər. Amma konkret olaraq vəzifədən uzaqlaşdırma mexanizmi düşünülməyib”.
Millət vəkili hesab edir ki, indiki vəziyyətdə şeyxin vəzifədən uzaqlaşdırılması çox da doğru addım olmaz:
“Azərbaycanın faciəsi ondadır ki, heç bir qurumda rəhbər şəxsdən sonra vəzifəyə kimin gəlməsi-varislik məsələsi normal şəkildə həll olunmur. Bu barədə mexanizm düşünülməyib.
Biz bir az gec yuxudan ayılan cəmiyyətik, çox yatırıq, sonradan ayılıq. Ona görə də hər yerə əbədiymiş kimi baxırıq, halbuki bunlar strateji postlardır və burada da müəyyən dərəcədə daha sağlam əvəzedici qüvvələrin olması olduqca vacibdir. Bunlar olmadığına görə indiki vəziyyətdə şeyxin uzaqlaşdırılması heç məqsədəuyğun da deyil.
Bütün hallarda şeyxin müəyyən balans yaratması, dini radikalizmin tüğyan etməməsi üçün apardığı çalışmalar müsbət istiqamətdə olub. Doğrudur, indiki açıqlamalar uğursuz açıqlamalardır və onlar Azərbaycan cəmiyyətinin ciddi narazılığına səbəb olub. Amma yenə də düşünürəm ki, bu tənqidlər kifayət edər, daha son həddə qədər şeyxin üzərinə gedilməsi indiki vəziyyətdə düzgün deyil. Dediyim kimi, elə bir fiqur görmürəm ki, bu gün onu əvəzləməklə yaxşıya doğru hansısa dəyişiklik yarada bilsin”.
Fazil Mustafa bir şəxsin ömürlük vəzifə tutmasından da söz açaraq buna müsbət yanaşmadığını diqqətə çatdırıb:
“Fikrimcə, vəzifə ömürlük olmamalıdır. Hər bir sistemdə mütləq qan dəyişiminə ehtiyac var. Qan dəyişimi olmayan yerdə köhnə qan xəstəliklərin yaranmasının əsas səbəbinə çervrilir”.



Şeyx Nobel mükafatına namizəd oldu
Azərbaycan vətən müharibəsi aparır
Şeyx: qidanın halal və haram olması önəmli deyil
Allahşükür Paşazadədən Ramazan ayı AÇIQLAMASI
Onlar Azərbaycanda koloniya yaratmaq istəyirdi - Əli Həsənov
QHT RƏHBƏRİ ŞEYXƏ MÜRACİƏT ETDİ
Prezidentdən Allahşükür Paşazadə ilə bağlı - SƏRƏNCAM
Siyavuş Novruzov Rafael Cəbrayılovun istefasından DANIŞDI
Şeyx Qazaxıstanın ali ordeni ilə təltif edildi
Nadir olay: Papa Şeyx Əhmədlə birlikdə...
Roma papası istefa verə bilər
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 