Ermənistan vətəndaşları Sarqsyan İşxan Aşoti və Rafaelyan Vladimir Otari barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd olunan şəxslər dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, təxribat və digər cinayət əməllərinin törədilməsində təqsirləndirilir.
İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti, mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirmişlər.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanmış, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri «TM 62 – M» və «E-00-M» tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülmüşdür.
Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı noyabr ayının 23-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə mülki şəxslərin minaya düşmələri nəticəsində həlak olması və yaralanması hallarına baxmayaraq Ermənistan tərəfi ərazinin minalama xəritələrini tam təqdim etməməkdə, beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir.
Hazırda Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə minadan təmizləmə işləri aparır.



Azərbaycanın dövlət sərhəddini pozan ermənilərin məhkəməsi başlayır
Ermənistan ordusunun 2 hərbiçisi həbs olundu
Qarabağda döyüşən livanlı muzdlu terrorçunun məhkəməsi keçirilir
Baş Prokurorluq və DTX 14 erməni terrorçu ilə bağlı MƏLUMAT YAYDI
13 erməni terrorçunun məhkəməsi nə vaxt keçirləcək? - AÇIQLAMA
DTX məlumat yaydı- Manukyan həbs edildi
DTX və Baş Prokurorluq 26 erməni terrorçu barədə MƏLUMAT YAYDI
13 erməni terrorçusu ilə bağlı yeni xəbər - Rəsmi
Erməni terrorçu dəstənin məhkəməsi başladı
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
Erməni terrorçuların məhkəməsi keçirilir
Erməni terrorçu dəstənin məhkəməsi təxirə salındı
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi
Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək 