Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
Əlavə məlumat veriləcək.
xxx
Bakıda restoranda yanğın başlayıb.
ONN media xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.
Qeyd edilib ki, hadisə Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən "Qoç ət" restoranında qeydə alınıb.