İran-İsrail qarşıdurması regionda vəziyyəti kəskin şəkildə gərginləşdirib.
ONN media xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi idarə rəhbərlərinin iclasında çıxışı zamanı deyib.
"Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, ilk növbədə, İran-İsrail qarşıdurması ilə bağlıdır. Həmçinin İsrail və ABŞ-ın İranın hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirməsi. Bu cür hücumlar BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", - Belousov deyib.
O vurğulayıb ki, Rusiya dərhal və bütün səviyyələrdə çoxsaylı insan tələfatı ilə bağlı İrana başsağlığı verib.
"Rusiya İsrail və ABŞ-ın hərəkətlərini qətiyyətlə pisləyib. O, münaqişənin deeskalasiyasına töhfə verməyə və bu prosesdə vasitəçilik səylərini təmin etməyə hazır olduğunu bəyan edib”, - Rusiyanın müdafiə naziri bildirib.
Onun qiymətləndirməsinə görə, Suriyadakı hadisələr, Qəzza zolağındakı humanitar fəlakət və Livandakı vəziyyət eyni sıradadır. Belousov həmçinin qeyd edib ki, Yaxın Şərqdən terror ideologiyalarının yayılması və yaraqlıların Əfqanıstana tranziti davam edir.
Rusiyanın müdafiə naziri əlavə edib ki, regionda davam edən qeyri-sabitlik ŞƏT məkanında transmilli cinayət və terror təhlükəsinin əsas mənbəyidir



Rusiya və İsrail İrana qarşı birləşir
İsrailin İrana hücumunun Rusiyaya təsiri
İsrail Rusiyaya nota verdi
İsrail İrana XƏBƏRDARLIQ ETDİ
İsrail: İrana hücum haqqına sahibik
İsrail şok etiraf etdi- HÜCUM QAÇILMAZDIR!
İran bu ölkəni müharibə ilə təhdid etdi
İsraildən Kremlə cavab: “Suriyaya girəcəyik”
İsrailə cavab olacaq? - İrandan inanılmaz reaksiya
İsrail HƏMAS mövqelərinə zərbələr endirdi
İran yaxın saatlarda hücum edəcək: Müharibə başlayır?
İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 