2021-ci ildə Bakı şəhərində havanın ən çox çirklənməsi Lökbatanda olub.
ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bu da nəqliyyat hərəkətinin həmin ərazidə çox olması ilə əlaqəlidir.
Nazirlik rəsmisi həmçinin söyləyib ki, çirklənmə göstəricisi ən çox isti dövrdə müşahidə olunub.