Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir. ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O qeyd edib ki, Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub: "Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20- 27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrdir. Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə, küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır. Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq”. U.Tağıyeva bildirib ki, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.
Külək gecəyə doğru səngiyəcək - Umayra Tağıyeva



Hava niyə tozludur? - Açıqlama
Nazirlikdən külək açıqlaması: Gün ərzində...
Havada tozun miqdarı normadan artıqdır
Nazirlik havada müşahidə olunan tozla bağlı məlumat yaydı
Havada toz dumanı müşahidə edilir
Hava nə vaxt düzələcək?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Qarlı hava nə qədər davam edəcək? – RƏSMİ
Güclü külək nə vaxta kimi davam edəcək?
Hava ilə bağlı AÇIQLAMA
Qar yağacaq, güclü külək əsəcək – Növbəti xəbərdarlıq
Küləkli hava şəraiti gün ərzində davam edəcək
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 