Artıq Kiyevlə Moskva 15 bəndlik planın əksər maddələri üzrə razılıq əldə etdiyi və Türkiyə də daxil olmaqla 3 ölkənin Ukraynanı qoruyacağı iddia edilir.
Britaniyanın “Financial Times” qəzetinin əldə etdiyi məlumata görə, Rusiyanın Ukraynada hərbi əməliyyatları dayandırıb, problemi danışıqlar masasında davam etdirib sülhə nail olmaq üçün 15 maddəlik müvəqqəti sülh planı hazırlanıb.
Nəşrin yazdığına görə, Ukrayna ilə Rusiya 4 ümumi bənd üzrə mümkün kompromis təmin ediləcəyi gözlənilir.
İki ölkə arasındakı şərtlər aşağıdakılardır:
- Atəşkəs əldə olunacaq və rus qoşunları işğal olunmuş ərazilərdən çıxarılacaq.
- Ukrayna ordusu mövcud olmağa davam edəcək, lakin ölkədə heç bir xarici baza olmayacaq.
- Ukrayna NATO-ya qarşı neytrallığını bəyan edəcək, Ukraynanın təhlükəsizliyini ABŞ, İngiltərə və Türkiyə təmin edəcək.
- Rus dili yenidən hüquqi statusunu bərpa edəcək.
Mətbu orqanının yazdığına görə, razılaşmaya ən böyük maneə Krımın və Donbas bölgəsinin statusudur.
Belə ki, Moskva Krımın Rusiya ərazisi, Donbasın isə respublika kimi tanınmasını istəyir.
Ukrayna isə rus qoşunlarının bütün Ukraynadan çıxarılmasını tələb edir.
Bütün çətinliklərə baxmayaraq 15 maddəlik müvəqqəti sülh planının əksər müəddəları ilə bağlı hər iki tərəf razıdır.