"Sülh danışıqlarına başlamağın vaxtıdır".
ONN media xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib.
Finlandiya prezidentinin sözlərinə görə, Ukrayna indi danışıqlar üçün bir neçə ay əvvəlkindən daha yaxşı vəziyyətdədir: "Biz danışıqların başlamalı olduğu nöqtəyə yaxınlaşırıq".
"Ukrayna öz mövqeyini qoruyub saxlamaq üçün lazımi avadanlıq və büdcə ilə təmin olunub. Biz artıq yazda düşdüyümüz vəziyyətdə deyilik. O vaxt Amerikanın yardımı əngəllənir, Avropa isə texnikanı çatdırmaqda çətinlik çəkirdi. Rusiyanın heç bir sıçrayışı yoxdur. Putin Qərbin müharibədən yorulacağını düşünürdü, amma yanıldı", - o əlavə edib.
Bununla yanaşı, Stubb qeyd edib ki, Ukraynanın əsas şərti - Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması "mümkün danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz".
Eyni zamanda, o bəyan edib ki, “danışıqların başlanması sizin güzəştə gedəcəyiniz demək deyil”.
"Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Biz ikitərəfli razılaşmalar və NATO-ya və təbii ki, Avropa İttifaqına mümkün yol vasitəsilə ona kömək edə bilərik", - Stubb deyib.



Finlandiya və Rusiya arasında gərginlik- Saziş ləğv olundu
Putin Zelenski ilə görüşə hazırdır: "Ukrayna bir addım da geri atmayacaq"
Ukrayna - Rusiya danışıqları başladı
Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti AÇIQLADI
“Rusiya ilə danışıqların mənası yoxdur” - Podolyak
Ukrayna: Üçüncü raunda hazırıq
Finlandiya bundan niyə imtina etdi?
Ukrayna nümayəndə heyəti danışıqlar üçün artıq Belarusdadır
Rusiya-Ukrayna nümayəndə heyətləri BU SAATDA görüşəcək
Ukrayna sülh üçün şərtlərini açıqladı
Nüvə silahından yalnız Putin istifadə edə bilər-Zelenski
Rusiya Ukraynanın hücumunu necə dayandırdı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 