Mövsümün üçüncü yarışı azarkeşlər Avstraliyada bir ilkə şahidlik edəcəklər. Belə ki, Albert Parkda 4 DRS zonası olacaq.
ONN media xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) rəsmən Melburnda Albert Park trasında qarşıdakı yarış üçün 2 DRS deteksiya və 4 DRS aktivasiya nöqtələrini təsdiq edib. Beləliklə, F1 tarixində rekorda imza atılıb – indiyə qədər heç bir trasda 4 DRS zonası olmamışdı.
Qeyd edək ki, mövsümdə ilk dəfə 2 DRS zonası bir deteksiya nöqtəsi ilə tənzimlənəcək.
Əgər deteksiya nöqtəsində iki maşın arasındakı interval 1 saniyədən az olarsa, onda arxadakı maşında aktivasiya nöqtəsində arxa qanadın hərəkətli elementini yuxarı qaldırmaq imkanı olacaq.