AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandakı seysmoaktivliyi dəyərləndirib. Q.Yetirmişli bildirib ki, Azərbaycanda yaxın günlərdə Türkiyədə baş verən son dağıdıcı zəlzələ kimi güclü təkanların baş vermə ehtimalı yoxdur. Azərbaycan ərazisinin yüksək seysmik aktivliklə fərqləndiyini söyləyən Q.Yetirmişli ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını da açıqlayıb. O bildirib ki, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı - Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir. Mərkəz direktoru əlavə edib ki, Bakı və Abşeron rayonu ərazisində baş verən yeraltı təkanları Xəzər dənizindəki zəlzələ ocaqları yaradır. Q.Yetirmişli hazırda Azərbaycanda seysmoloji aktivliyin fon səviyyəsində olduğunu da qeyd edib: “Ölkə ərazisində xırda təkanlar qeydə alınır. Elə gün olmur ki, ölkəmizdə belə təkanlar qeydə alınmasın. Sadəcə, bunların arasında bəziləri hiss edilən olur”.//Trend.az
Azərbaycanda bu ZONALARDA güclü zəlzələlər ola bilər



Avropadakı dəhşətli zəlzələlər Azərbaycanda da BAŞ VERƏ BİLƏRMİ? - AÇIQLAMA
Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
Azərbaycanın ən təhlükəli zonası açıqlandı
Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ CAVAB
Baş direktor: “Azərbaycanda yeraltı təkanlar günü-gündən artır”
Zəlzələ ilə bağlı daha bir XƏBƏRDARLIQ
Şamaxıdakı vulkan püskürməsi zəlzələyə səbəb olacaq? - RƏSMİ CAVAB
Azərbaycanda zəlzələ ocaqları aktivləşib?
8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumata RƏSMİ CAVAB
Azərbaycanda güclü zəlzələ gözlənilir?
Respublika ərazisinin geodinamik şəraiti açıqlanıb
Zəlzələ niyə Bakıda tam hiss olunmayıb?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 