Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə arı sancması nəticəsində həyatını itirən Şəmkir rayon sakini İlqar Qəhrəmanovun dəfn zamanı oyanması ilə bağlı xəbərlər gündəmdədir.
ONN media xəbər verir ki, publika.az-ın əməkdaşı yayılan xəbərlərin nə dərəcədə doğru olub-olmamasını araşdırmaq üçün mərhumun evində olub.
Mərhumun dayısı Ələmdar İbarhimovun sözlərinə görə, İlqar ailəsi ilə birlikdə nişanlı olduğu Ağstafa rayonun Aşağı Göycəli kəndinə qurbanlıq aparıb:
“Bu zaman onu arı vurub. Bütün baş verənlər isə gözlərimiz önündə yaşanıb. Mərhum dedi ki, qolumu elə bil arı sancdı. Ayağa durdu, qatıq-filan çəkdilər. Ayağa duranda başı hərləndi. “Dimedrol” var idi maşında, tez onu gətirib vurduq. Bir az keçməmiş yenə başı hərləndi və yerə yıxıldı. Burda bizə nə baş verdiyini demədilər. Onu xəstəxanaya aparanda həkim dedi ki, ola bilsin keçinib. Xəstəxanaya girəndə yoxladılar”.
Mərhumun cənazəsi gecə saatlarında Ağstafa rayonundan Şəmkirə - yaşadığı evinə gətirilib. Dəfn mərasimi üçün hazırlıq işlərinə başlanılıb. Sabahkı gün İlqar Qəhrəmanovu dəfn etmək istəyərkən mərasimə qatılan qadınlardan biri cənazənin içərisinə qoyulan güzgünün buxar və ya su olduğunu bildirib və İlqar Qəhrəmanovun yaşadığını deyib. İ.Qəhrəmanovun yaxınları onun meyitini Gəncə şəhərində fəaliyyət göstərən özəl xəstəxanalardan birinə gətiriblər. Lakin...
“Biri deyib ki, güzgünün üzü su olub, guya, buxarlı olub. Guya, nəfəsi güzgünün üzünü isladıb. Nə bilirsən su olub, ya buxar olub. Dedilər Mərkəzi Klinikaya çatdırmaq lazımdır. Anası tam əmin olmaq üçün getdik Mərkəzi Klinikaya. Orada dedilər ki, bu gənc 15 saat öncə rəhmətə gedib”. - Ə. İbrahimov bildirib.
Qeyd edək ki, İlqar Qəhrəmanov evin tək övladı idi. Onun yaxın müddətdə toyu olacaqdı. Faktla bağlı araşdırmalar davam etdirilir.



Xalq artisti harada dəfn ediləcək? - AÇIQLAMA
Toy gününə az qalmış həyatını itirdi
Ağstafada FACİƏ: Biri öldü, digəri isə...
Azərbaycanlı biznesmen Kubada vəfat etdi
Eyyub Kərimovun ölümü gecə yox, gündüz baş verib və evdə tək olub
Müdir onun üçün ayağa durmayan işçilərinə GÖRÜN NƏ ETDİ
17 yaşlı Gülər niyə intihar edib?- Atası açıqladı
BƏDBƏXT HADİSƏ: Atanı oğlunun evində "tok" vurub ÖLDÜRDÜ
Azərbaycanda 8-ci sinif şagirdinin küçədə başı kəsilib? – Dəhşətli görüntülərə Bakı polisindən REAKSİYA: 18+
Uşaq bədbəxt hadisə nəticəsində ölüb
Azərbaycanda FACİƏ: ana doğuş zamanı öldü, körpəsi isə...
Quduzluğa yoluxan gənc öldü
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 