Dünən səhər saatlarında metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın idarə etdiyi “Subaru” markalı avtomobili saxlayıb.
ONN media xəbər verir ki, Qafqazinfo-ya açıqlama verən A.Süleymanova bildirib ki, 99 YP 432 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə hərəkət edən Vüqar adlı YPX əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxasına yapışdırılmış və şəhid qardaşı Fərhad Babayevə məxsus olan şəkli qoparmağı tələb edib.
Qadın etiraz etdikdə isə yol polisi əməkdaşı ölkə rəhbərliyi tərəfindən göstərişin verildiyini bildirərək özü vinil materialından hazırlanmış bayraq və fotoşəkli qoparmağa başlayıb: “Həmin əməkdaş Prezident tərəfindən rəngi solmuş bayraq və şəhid fotolarının yığışdırılmasının əmr edildiyini dedi. Mən isə bildirdim ki, belə bir göstəriş və ya əmrlə rastlaşmamışam, əgər həqiqətən belə qərar varsa, özüm həmin şəkli yığışdıraram. O isə qayıtdı ki, yox, mən o şəkli sökməliyəm. Mən ağlamağa başladım, o isə maşının arxasına keçərək Fərhadın şəklini cırmağa başladı. Maşından ağlaya-ağlaya düşüb dedim ki, daha dəyməyin, özüm təmizləyərəm. Bu zaman ratsiya ilə kimsə həmin polisdən soruşdu ki, nə məsələdir, qadın niyə ağlayır, onu maşına otuzdurun. O da dedi ki, şəhidin bacısıdır. Ratsiyadakı şəxs bildirdi ki, dəyməyin. Məni saxlayan yol polisi əməkdaşı isə qeyd etdi ki, şəkil iki ildir yapışdırılıb və quruyub”.
Aysel Süleymanova əlavə edib ki, hadisə nəticəsində sarsıntı keçirib və bunu özünə, ailəsinə və şəhid qardaşına qarşı hörmətsizlik kimi qəbul edir: “Həmin şəkli mən özüm də gəlib evdə sökə bilərdim. Evə gələndən sonra atam gözüyaşlı həmin şəklin yapışıb qalmış hissələrini maşından təmizlədi. Bu hadisə, nəinki mənə, ailəmizə, Fərhadı tanıyan bütün insanlara pis təsir edir”.
Şəhidin bacısı qeyd edib ki, baş vermiş hadisədən sonra həmin polis əməkdaşı əlaqə saxlayaraq ondan üzr istəyib: “Mən belə bir hadisənin baş verməsinə görə, belə bir hadisə ilə bağlı şikayətçi olmağıma görə utanıram. Bakıda hamı məni, maşınımı şəhid qardaşımın fotosuna görə tanıyır. O polis qardaşımın şəklini cırmaqla nə əldə etdi? Əvəzində mənə, atama, ailəmizə iki il əvvəl yaşadığımızın daha ağırını yaşatdı”.
Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda - 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib



Azərbaycanda polis həyatı ilə risk etdi… - VİDEO
Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi
Səfirliyin əməkdaşı qəza törətdi
DYP hərbçilərin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI- ADLAR AÇIQLANDI
Dünən qəzada ölən polislərin FOTOları yayıldı
Ərbildə türk diplomatı şəhid edən terrorçu tutuldu
Bu şəxslərə pulsuz evlər veriləcək
Azərbaycan polisi qəzada həyatını itirdi
Şəhid qardaşı şöbədə döyülüb?-Rəsmi
Şəhid qardaşına "şəhid ailəsi" statusu verildi
Maşınına şəhid şəkli vuranların NƏZƏRİNƏ
Polisdən bu sürücülərlə bağlı mühüm açıqlama
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq 