Rusiyanın paytaxtı Moskvada törətdikləri terror aktı ilə 137 nəfərin ölümünə səbəb olan 4 terrorçu ilə bağlı daha bir sensasiyalı detal gündəmə gəlib.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə zalından yayılan və terrorçulardan birinin qulağının kəsilmiş olduğunu göstərən fotoşəkilə rusiyalı hərbi ekspert aydınlıq gətirib.
“Moskovsky Komsomolets” qəzetinə danışan hərbi ekspert bunun köhnə sorğu-sual üsulu olduğunu bildirib.
“Bu üsulla cinayətkarlar tez danışmağa məcbur edilir. Əlbəttə ki, bunu etmək asan deyil, xüsusi təlim lazımdır. Belə hallarda terrorçuların əməlləri nəzərə alındıqda insan hüquqlarının əhəmiyyəti azalır.
İŞİD kimi terror qrupları üçün qulaqların kəsilməsi böyük məna ifadə edir. Bu, onlar üçün həm utandırıcı, həm də alçaldıcıdır. Üstəlik, təşkilatın üzvləri qulaqları kəsilsə, “şəhid” olmayacaqlarına inanırlar. Yəni bu, həm də simvolik məna daşıyır”, - deyə hərbi ekspert vurğulayıb .
Qeyd edək ki, “Crocus” terrorunda ittiham edilən şəxslər mayın 22-də keçiriləcək məhkəmə iclasına qədər həbsdə qalacaqlar. Məhkəmədən verilən açıqlamada onlardan ikisinin əməllərini etiraf etdikləri və ömürlük həbs cəzasına məhkum oluna biləcəkləri bildirilib



Sülhməramlılar Qarabağı bu yolla tərk edir - Ekspert
Türkiyə ordusu yeni hərbi əməliyyatlara başladı - SON DƏQİQƏ
Hulusi Akarın gəlişi nəyə işarədir?
Moskvadan QORXUNC XƏBƏRDARLIQ
Peyvənd olunmayanların pensiyası kəsiləcək? - AÇIQLAMA
Rusiya və Türkiyənin başqa çıxışı yoxdur- Ekspert
Ankarada ƏMƏLİYYAT: 7 İŞİD üzvü saxlanıldı
İŞİD məğlub oldu ABŞ isə...
ABŞ generalı: Taliban terror təşkilatıdır!
PKK lideri İstanbuldakı terroru öncədən deyibmiş
Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək?
Ərdoğandan DƏHŞƏTLİ ANONS- Hücum başlayır
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 