Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyirmi masa müzakirələrində, həmçinin Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və digər yüksək səviyyəli nümayəndələr, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələri, investor və maliyyə mütəxəssisləri iştirak edib.
Dəyirmi masa müzakirələrində Azərbaycanın COP29 sədrliyi adından çıxış edən nazir Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri, xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətində Azərbaycan sədrliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.
İqlim dəyişikliyinin mənfi təsir və nəticələrinin aradan qaldırılmasının çoxtərəfli həll yolları və inklüziv proses tələb etdiyi, dünyanın müxtəlif bölgələrində, 2022-ci ildə Pakistanda, habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya, Çad, İspaniya və s. bölgələrdə baş verən ölümcül daşqınlar kimi fəlakətlərin müvafiq həll yolları tapılmasını labüd etdiyi diqqətə çatdırılıb.
İqlim dəyişikliyi ilə əlaqəli bu kimi fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində Şarm əl-Şeyxdə əldə olunan və Pakistanın G-77 sədrliyi dövrünə təsadüf edən İtki və Zərərə cavab verən Fondun yaradılması ilə bağlı tarixi razılaşmanın əhəmiyyəti vurğulanıb.
COP29 sədrliyimizin təbii fəlakətlərin baş vermə risklərini artıran, insan həyatı və qlobal iqtisadi sabitliyi təhdid edən iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların yüksəldilməsi və fəaliyyətin artırılmasına hədəfləndiyi qeyd olunub. Bu istiqamətdə, iqlim maliyyəsi sahəsində mövcud boşluğun aradan qaldırılaraq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun şəffaf və əlçatan mexanizmlərin yaradılmasının maliyyə resurslarının cəlbi qədər vacib olduğu qeyd olunub.
“Yaşıl dünya naminə həmrəylik” çağırışı ilə Bakıda keçirilən COP29-un iqlim maliyyəsi gündəliyinin transformasiyası baxımından vacib fürsət olduğu vurğulanıb və bu istiqamətdə COP29-un uğuruna dair ümidvarlıq ifadə olunub



COP 29-un liderləri sammitin açılış mərasimində
Leyla Əliyevə Azərbaycan pavilyonunu ziyarət edib
Bakıya kimlər gəlir?- Yenilənir
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Bu gün Azərbaycanda COP 29-a start verilir
Ceyhun Bayramov Pakistana yola düşdü
Meksika COP29-da iştirak edəcək
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Ceyhun Bayramov İranlı həmkarı ilə görüşüb
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Bakı daha bir tədbirə ev sahibliyi edəcək
Con Kerri Azərbaycana səfərə gəlib
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 