Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabinetinə təqdim olunub.
ONN media xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 87-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Ədliyyə Nazirliyi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.
Həmçinin müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.



Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Əli Əsədovdan yeni fəxri adla bağlı SƏRƏNCAM
Əli Əsədov qərar imzaladı
Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınırlar
İlham Əliyevdən səfərbərliklə bağlı MÜHÜM FƏRMAN
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 