Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 31-də qəbul etdiyi "İpoteka haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
ONN media xəbər verir ki, yenilənmiş qanuna əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması nəzərdxə tutulur.
Sənədə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq.
Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan ödəyəcək.
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Yeni qanun nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.
Azərbaycanda "İpoteka haqqında" qanun dəyişdi



Azərbaycanda ipoteka ilə bağlı dəyişikliklər təsdiqlənib
İlham Əliyev bu qanuna dəyişiklik etdi
Baş nazirdən Şuşa ilə bağlı VACİB QƏRAR
Bu şəxslər "kupça”nı PULSUZ ALACAQ
İlham Əliyev bu qanunu təsdiqlədi
Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib
İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqlədi
Müəllim və həkimlərlə bağlı UNİKAL TƏKLİF
Bu evlərin satışı dayandırıla bilər?
Bu sənədlərin verilməsi elektronlaşdırıldı
Milli Məclisin iclası başladı
İpoteka ilə bağlı QƏRAR VERİLDİ
Sərnişin avtobusu dərəyə aşdı- ÖLƏNLƏR VAR
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası açıqlandı
Tramp Makronu hədələdi
XİN rəsmi məlumat yaydı
Prezident bu şəxslərə müraciət ünvanladı
Bəzi rayonlara yağış yağır
Avstraliya Türkiyəni məğlub etdi
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahın havası açıqlandı
ABŞ qırıcısı qəzaya uğradı
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir 