Prezident İlham Əliyev “İpoteka haqqında” qanuna və Mülki Məcəlləyə edilən dəyişiklikləri təsdiq edib.
ONN media xəbər verir ki, qanunda ipotekaya xitam verilən hallar genişlənib. Belə ki, Azərbaycanda ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Həmçinin Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, Azərbaycanda zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zamin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılacaq. Məcəlləyə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanacaq. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.



İpoteka ilə ev almaq istəyənlərə şad xəbər
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Evi olmayanlara ŞAD XƏBƏR - İlham Əliyev fərman imzaladı
Kapital Bank daxili ipoteka kreditinin faizini endirdi!
Müəllim və həkimlərlə bağlı UNİKAL TƏKLİF
Kimlərə ipoteka kreditlərində güzəşt olacaq?
Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı məlum oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 