Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.
ONN media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.
Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.
Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.
"Həkəriçay" su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.
Qeyd edək ki, "Həkəriçay" su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.



Milli energetika sistemimiz yeni inkişaf mərhələsində
Bu ərazilərimiz işğaldan azad edilib - TAM SİYAHI
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Prezident və xanımı Qarabağa səfər etdi - YENİLƏNDİ
Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Əliyev və Ərdoğan TANAP-ın açılışında
Prezident Zəngilanda açılışlar etdi
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü
Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Qobustanda ağır qəza: Ölən var
Xərçəng riski ən yüksək olan 5 tip insan...
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Dəhşətli təyyarə qəzası: ölənlər var
Günün qoroskopu: Qısamüddətli səyahət pis alınmayacaq
Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Azərbaycanlı şair vəfat edib
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
Kəlbəcərdə iki mina partladı
Sabah 38 dərəcə isti olacaq 