ONN İnformasiya Agentliyi

Azərbaycan Prezidenti Gyorge İvanova məktub göndərdi

Azərbaycan Prezidenti Gyorge İvanova məktub göndərdi
7-09-2018, 19:11


ONN media xəbər verir ki, Prezident İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Makedoniya münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı xalqlarımızın rifahına daim töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png