Dövlət başçısı İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.
ONN media xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın qarşılıqlı maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
***
Prezident İlham Əliyev Malayziyanın XV Ali Başçısı V Məhəmmədə də təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim sülh və rifah arzulayıram”.
***
Dövlət başçısı Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Pola-Mey Uiksə təbrik məktubu göndərib:
“Hörmətli xanım Prezident, Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.



İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib
İlham Əliyev qırğız həmkarını təbrik etdi
İlham Әliyev Mavritaniya və Albaniya dövlət başçılarını təbrik etdi
İlham Əliyev həmkarını təbrik etdi
İlham Əliyev Mərakeşin kralına məktub göndərdi
Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti onlara təbrik məktubu göndərdi
Prezident İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib
İlham Əliyev Meksika prezidentini təbrik etdi
İlham Əliyev Miloş Zemanı təbrik edib
İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 