“O günləri Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm…”
“Dağıstanda rüşvətlə ləzgi, avar soyadları götürüb Azərbaycana rahat gəlib- gedən ermənilər çoxdur…”
“Erməni olduğu tam bilinən qızlar Bakı küçələrinin tinlərində durub guya selfi çəkdirirlər…”
“Son zamanlar paytaxtımıza ermənilərin axını güclənib. Bu faktdır. Mən tez-tez fizionomiyasından erməni olduğu aşkar olan adamlar görürəm…”
ONN media xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında son dövrdə Ermənistanın Azərbaycana yönəlik kəşfiyyat işlərini gücləndirməsindən bəhs edən tanınmış politoloq Cümşüd Nuriyev söyləyib.
“Təsəvvür edirsiz, bu yaxınlarda Bakıda, Azərbaycan paytaxtının mərkəzi küçələrindən birində təsadüfən erməni tələbə yoldaşım Vladimir Şikaryanı gördüm. Məndən gizlənmək istəsə də, onu saxlayıb hiddətlə soruşşdum ki, sən burda nə gəzirsən, Bakıya necə gəlibsən. Cavab verdi ki, mən ləzgiyəm, erməni deyiləm ki,heç bir problem yoxdur, rahat gəlib gedirəm. Nə isə, 5 il erməni kimi tanıdığın adama erməni olduğunu sübut edə bilmədim. Sənəddə ləzgidir axı…
Ümumiyyətlə, son vaxtllar Dağıstanda rüşvət verib soyadlarını ləzgi, avar soyadlarına dəyişərək Bakıya rahat gəlib- gedən ermənilər çoxdur. Onların çoxu uzun illər Azərbaycanda yaşadığından dilimizi də təmiz bilirlər. Təbii ki, həmin ermənilər Azərbaycandakı müxtəlif sahələrdə, o cümlədən dövlət orqanlarında işləyən qohum-əqrəbalarıyla da görüşürlər… Və şübhəsiz ki, Bakıya gələn düşmən millət nümayəndələri arasında kəşfiyyatçı və təxribatçılar da xeylidir. Xalqımız ayıq olmalıdır. Son vaxtlar diqqət etmişəm, zahirən erməni olduğu tam bilinən qızlar Bakı küçələrinin tinlərində durub guya selfi çəkdirirlər. Əslində onlar kəşfiyyat məqsədi ilə küçələrin adlarını, tinlər arasındakı məsafələri, yaxud hansısa strateji obyektləri və s. çəkirlər. Yoxsa, küçənin tinində görkəmsiz bir yerdə nə şəkil çəkdirmək?..
Bizimkilər hara baxır, bilmirəm, mən gözümlə gördüklərimi deyirəm. Bura gəlib-gedən erməni agentləri kimlərəsə arxayındırlar. Təəssüf ki, bu dəqiqənin özündə də bəzi strateji qurumlarda Azərbaycanın maraqlarını Rusiya və Ermənistana satan və ya satmağa hazır olan adamlar var… Ardıcıl olaraq Mütəllibova, Elçibəyə, sonra Heydər Əliyevə xəyanət edərək bu gün də İlham Əliyevə xəyanət etməyə hazırlaşanlar Milli Məclisdə də deputat kimi əyləşib…”-deyə keçmiş parlament üzvü bildirib.



Erməni ağını çıxartdı: “Bayraqdar”ı da biz yaratmışıq
Kiyevdə erməni dörd azərbaycanlı tələbəni güllələdi – FOTO+VİDEO
Bakının mərkəzində erməni mahnıları səslənir- İNANILMAZ
Erməni vandalizmi yenə özünü göstərdi: Bu dəfə... - ŞOK FOTOLAR
Paşinyan yenə gülməli vəziyyətə düşdü - BU DƏFƏ...
Tiflis də erməni şəhəridir - Akopcanyan
Bakının işğalçılardan azad olunmasından 104 il ötür
Ordumuz erməni postunu darmadağın edib çıxdı
Laçında ermənilər çaxnaşmaya düşdü- NƏ BAŞ VERİR?
Qafan Azərbaycana TƏHVİL VERİLDİ: erməni əsgərlər bölgəni tərk edir
Beş erməni məcburən Bakıya gəldi
Mixaylov: Ermənilər övladına yas tutan gəncəliyə gülürdü...
Neft Emalı Zavodunda yanğın başladı
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar
Azərbaycan buna görə birinci yerdədir
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi 