ONN İnformasiya Agentliyi

Bayden administrasiyası Zelenskinin Kiyevi tərk etməsini müzakirə edib

Bayden administrasiyası Zelenskinin Kiyevi tərk etməsini müzakirə edib
22 Fevral 2022 - 1:37

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın Kiyevi işğal edəcəyi halda Ukrayna lideri Volodimir Zelenskinin paytaxtdan mümkün gedişini müzakirə edib.

ONN media xəbər verir ki, NBC News kanalının müxbiri Riçard Engel bu barədə öz Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, Bayden administrasiyasının bəzi rəsmiləri Ukrayna hakimiyyəti ilə Zelenskinin gedişini müzakirə ediblər.

Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski ailəsinin Kiyevdə onunla birlikdə olduğunu bəyan etmişdi. Ukrayna rəhbəri vurğulayıb ki, o, prezident və onun xanımı kimi birinci xanım kimi vətənin ağır vaxtı “ailələrin necə davranmalı olduğunu” nümunə göstərməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png