ONN İnformasiya Agentliyi

Bu il Dağlıq Qarabağ münaqişəsi… – Mnatsakanyandan AÇIQLAMA

Bu il Dağlıq Qarabağ münaqişəsi… – Mnatsakanyandan AÇIQLAMA
25 İyul 2019 - 20:19

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçiriləcək növbəti görüşün tarixini açıqlamayıb.

ONN media xəbər verir ki, o bu barədə Gürcüstanın paytaxtı Tiflisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ölkənin baş diplomatı görüşün tarixinin hər iki tərəfdən eyni vaxtdan elan ediləcəyini bildirib:

“Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kifayət qədər çalışdıq, görüşlər davam edir”.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş iyunun 20-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.(Teleqraf.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png