ONN MEDİA

Bu şəxslər üçün çoxmənzilli bina tikiləcək – SƏRƏNCAM

Bu şəxslər üçün çoxmənzilli bina tikiləcək –  SƏRƏNCAM
11 İyun 2019 - 20:12

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.63-cü bəndində göstərilmiş vəsaitin azaldılan hissəsinin ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.63-cü bəndində göstərilmiş məbləğin 300 min manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png