ONN İnformasiya Agentliyi

General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: “…bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər”

General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: “…bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər”
15 Fevral 2022 - 19:32

ONN media xəbər verir ki, Müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Altay Mehdiyev Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovu keçirilən bir sıra uğurlu əməliyyatlara mane olmaqla bağlı özünün facebook səhifəsində yazı yazıb.

Həmin yazını oxucuların nəzərinə çatdırırıq; “Xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzlara baxmayaraq, rəhbərliyim altında çoxlu uğurlu əməliyyatlar keçirməyə nail olmuşuq. Çox uğurlu o o deməkdir ki, belə əməliyyatlar zamanı bir nəfər də olsun itki verilmir.

Rəhbərliyim altında keçirilmiş ən uğurlu əməliyyatlarımızdan biri 2003-cü ildə düşmənin nəzarəti altında olan Buzqov dağı–Havuç (Havuş-redaksiya) kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olub”.

A.Mehdiyev yazıb ki, real vəziyyətə uyğun olaraq hazırladıqları döyüş planına uyğun olaraq qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, birnəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad ediblər.

“Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında, yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərargah rəisi vəzifəsində olan general Nəcməddin Sadıqov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan,  çox acıqlı və qəzəbli bir tərzdə “Siz haradasınıız ?  Nə ilə məşğulsunuz ?” sualını verdi. “Ön xətdə ! Müdafiə xəttini möhkəmləndirməklə !”-cavabını verdim. “Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib “torpaqlarını” zəbt etmisiniz. Yerevanda prezident aparatı qarşısında mitinq keçırılır. Mən sizə əmr edirəm: Təcili olaraq əvvəlki mövqelərimizə qayıdın”.

Lakin onun “əmrinə” məhəl qoymadan Çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim”.

A.Mehdiyev bildirib ki, əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə hələ 1994 cü  ilin yanvar ayında  yaşadığım problemləri yenidən ona yaşadacaq idi:  “Belə ki, 1993 dekabr- 1994 yanvar aylarında Tərtər istiqamətində briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə general N. Sadıqovun yanvar ayının 27-də general Vasyak və iki polkovnikə Tərtərə gələrək məni briqada komandiri vəzifəsindən uzaqlaşdırdılar, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər. Narazılığımı bildirdikdə general Sadıqovun təklifi, MN general Məmmədrəfi Məmmədovun əmri ilə məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər”.

“Hətta mənə -M.V. Frunze adına Akademiyanı bitirmiş zabitə müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağınız da təklif etdilər. Mənim cavabım çox qısa oldu : Məni vətənimi qorumağa siz gətirməmisiniz, siz də mənə getməyə kömək göstərəsiz !?”

Bu və bunun kimi yüzlərlə faktlara görə general Sadıqov məni xidmət etdiyim bütün müddət ərzində heç cür bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə  o zamanlar səlahətləri kifayət etmirdi.

Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahətləri həndəsi silsilə ilə artmağa başladı.

Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsində rəhbərliyi tərəfindən döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdiyi uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.

Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general Sadıqov N. ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, vətənpərvər zabitlərimizi müxtəlif yollarla ordumuzdan uzaqlaşdırmaqla, ordu quruculuğuna, ordumuzun inkişafına nə qədər ziyan vurdu.

Hər bir komandir tabeliyində olanlar arasında yüksək nüfuza malik olmalıdır. Bunun isə yeganə yolu, xidmət etdiyi bütün müddət ərzində özünün və bağlı zabit heyyətinin hər birinin zabit şərəfinin qorunması uğrunda mübarizə aparmasındadır. Buna isə ancaq və ancaq yüksək peşəkar hazırlığı və idarəetmə keyfiyyətləri, öz peşəsinə və tutduğu vəzifəyə məhəbbəti, təşkilatçılığ bacarığı, yüksək tələbkarlığı, tabeliyində olanların hər birinin şəxsi ləyaqətinə hörmətlə yanaşması ilə qazanmaq olar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: “…bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər”
General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: “…bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər”
General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: “…bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər”
General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: “…bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər”
General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: “…bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər”
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png