ONN İnformasiya Agentliyi

İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat
16 Yanvar 2020 - 12:31

Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

ONN media xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Xaçmaz rayonunun icra başçısı təyin edilən Elnur Rzayev icra edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png