ONN İnformasiya Agentliyi

Mehriban Əliyeva: “Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki…”

Mehriban Əliyeva: “Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki…”
02 Aprel 2019 - 21:38

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “Instagram” səhifəsində Aprel qələbəsinin üçüncü ildönümündən yazıb.

ONN media  xəbər verir ki, paylaşımda qeyd olunub:

“Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Mehriban Əliyeva: “Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki…”
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png