ONN İnformasiya Agentliyi

Müdafiə Nazirliyi: “Erməni silahlıları arasında atışma olub, ölən və yaralananlar var”

Müdafiə Nazirliyi: “Erməni silahlıları arasında atışma olub, ölən və yaralananlar var”
14 Oktyabr 2021 - 23:40

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib”.

ONN media  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var:

“Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png