ONN İnformasiya Agentliyi

Putindən Azərbaycan vətəndaşları ilə bağlı GÖSTƏRİŞ

Putindən Azərbaycan vətəndaşları ilə bağlı  GÖSTƏRİŞ
20 May 2020 - 21:17

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın müvafiq orqanlarına 31 maya qədər operativ olaraq Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb.

ONN media  xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.

V. Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir.

V. Putinə bu məsələ ilə bağlı 31 may 2020-ci ilə qədər hesabat təqdim edilməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png