ONN İnformasiya Agentliyi

Türkiyədən Azərbaycana əlavə aviareyslər təşkil ediləcək

Türkiyədən Azərbaycana əlavə aviareyslər təşkil ediləcək
23 İyun 2020 - 21:17

Yeni növ koronavirus pandemiyası səbəbindən Türkiyədən Azərbaycana dönə bilməyən vətəndaşların müraciəti nəzərə alınaraq əlavə aviareyslər təşkil ediləcək.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşlarının vətənə dönmək üçün Baş Konsulluğa gəlməsinə ehtiyac yoxdur: “Onlar diplomatik korpusun telefonu, “qaynar xətt”i, elektron ünvanı və sosial şəbəkə hesabları vasitəsilə xüsusi uçuşlar barədə məlumat ala bilərlər. Eyni zamanda konsulluq vəəndaşlarımıza xüsusi uçuşkların tarixi və aviareyslə bağlı digər məlumatları əldə etmək məqsədilə AZAL-ın rəsmi internet səhifəsi (azal.az) və sosial şəbəkə hesablarını izləməyi tövsiyə edir”.

Məlumatda vurğulanıb ki, İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi aviareyslər “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti tərəfindən təşkil olunur. Sözügedən xüsusi uçuşların tarixi, sayı, ardıcıllıq intervalı ölkəmizdəki epidemioloji vəziyyət nəzərə alınmaqla AZAL tərəfindən müəyyən olunur. İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi aviaeyslər üzrə maliyyə şərtləri də AZAL tərəfindən müəyyən olunmaqdadır”.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında hava və quru sərhədləri bağlanıldığı gündən bəri mütəmadi olaraq çarter reysləri həyata keçirilir.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png