ONN İnformasiya Agentliyi

Türkiyə Azərbaycanı bu qadağa siyahısına salmadı

Türkiyə Azərbaycanı bu qadağa siyahısına salmadı
25 Mart 2022 - 16:53

Türkiyə daxili bazarda qiymətlərin artması səbəbilə qırmızı ətin ixracını dayandırır.

ONN media xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Sənəddə bildirilir ki, daxili bazarda ət tədarükünün təminatı, eləcə də tələb-təklif balansının qorunması üçün iribuynuzlu heyvanların, həmçinin qoyun və keçi ətinin ixracına qadağa qoyulur.

Hökumətin bu qərarı Azərbaycana, Naxçıvan Muxtar Respublikasına və Şimali Kiprə şamil edilmir.

Bu ərəfədə Türkiyə Dövlət Ət və Süd Qurumu (ESK) pərakəndə satış mağazalarında ət və ət məhsullarının qiymətinin artdığını açıqlayıb. Məlumata görə, qırmızı ət və ət məhsullarının qiyməti orta hesabla 47-48 %, quş əti və ət məhsullarının qiyməti isə 14-15 % artıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png