Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.
Proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir.
Hazırda hansı razilərdə söküntü işlərinin aparılması planlaşdırılır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir:
"Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.
Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də "Təzəpir" məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.
Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış Parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.
Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların "Semaşko" kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".
AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəmin 2700 manata qədər yüksəlib:
"Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı.
Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər".
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR



Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
DİQQƏT- Bu ərazilərdə olan binalar söküləcək
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ- APRELDƏ SÖKÜLƏCƏK
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu yollarda tıxac var
Bakının iki rayonunda böyük söküntü başlayır
Bu yollarda güclü tıxac var- Siyahı
Bakıda bu küçələrdə tıxac var
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakının bu hissəsində yaşayanlara ŞAD XƏBƏR
DİQQƏT: Bayram günləri 16 küçədə təmir işləri başlayır - SİYAHI
Paytaxt küçələrində son durum necədir?
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi 