Unutmayaq, unutdurmayaq!
26 iyul (1924-2013) Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Axundova Şəfiqə Qulam qızının vəfat etdiyi gündür.
Şəfiqə Axundova Şəki şəhərində anadan olmuşdur. O, Bakıda orta məktəbi başa vurmuş, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuş və 1956-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirərək musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Şəfiqə Axundova peşəkar fəaliyyəti ilə yanaşı, 1943-1945-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmış, 1956-1989-cu illərdə Azərbaycan İncəsənət İnstitutunda dərs demişdir.
Şəfiqə Axundovanın milli musiqi xəzinəmizi zənginləşdirən yaradıcılığı müasir Azərbaycan mədəniyyətində xüsusi yer tutur. O, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və müxtəlif səpkili əsərlər bəstələyən sənətkar ölkəmizdə daha çox mahnılar müəllifi olaraq şöhrət tapmışdır.
Fitri istedadı və tükənməz enerjisi sayəsində musiqi sənətinin incəliklərini dərindən mənimsəməklə hələ tələbəlik illərindən bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Şəfiqə xanım ayrı-ayrı janrlarda çox sayda əsərlər meydana gətirmişdir. Geniş yaradıcılıq diapazonuna malik sənətkarın yetmiş ilə yaxın bir dövr ərzindəki fəaliyyəti özündə mahnı və romansları, opera və operettaları, simfonik süita və pyesləri ehtiva edir. Şəfiqə xanımın onlarla tamaşaya bəstələdiyi musiqi dərin dramatizmi və incə lirizmi ilə səciyyələnərək Azərbaycan teatrı tarixində özünəməxsus yer tutur.
Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Şəfiqə Axundovanın misilsiz xidmətləri vardır. O, klassik və müasir Azərbaycan poeziyasının qüdrətli nümayəndələrinin bədii irsinə dönə-dönə müraciət etmiş, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və Mirvarid Dilbazinin lirik şeirlərinə qaynağını xalq musiqisindən və muğamlardan alan yüzlərlə mahnı bəstələmişdir. Vaxtilə Bülbül, Şövkət Məmmədova, Şövkət Ələkbərova və digər görkəmli müğənnilərimizin ifasında səslənib ürəkləri fəth edən bu melodiyalar yaddaşlarda dərin iz buraxmışdır.
Şəfiqə xanım Axundova uzun illər zəngin bilik və təcrübəsini ölkəmizdə musiqiçi kadrların hazırlanmasına sərf edərək bu işə dəyərli töhfələr vermişdir. Onun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında və musiqi zövqünün formalaşmasında mühüm rol oynamışdır.
Şəfiqə Axundovanın musiqi mədəniyyətimizin inkişafı sahəsində böyük xidmətləri yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycanın ali dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.



Şərqdə ilk opera yazan bəstəkar qadın - Şəfiqə AXUNDOVA
Bu gün Şəfiqə Axundovanın doğulduğu gündür
Bu gün Şəfiqə Axundovanın vəfat etdiyi gündür
21 yanvar Şəfiqə Axundovanın doğulduğu gündür
26 iyul- Şəfiqə Axundovanın vəfat etdiyi gündür
Şərqdə ilk opera yazan bəstəkar qadın - Şəfiqə Axundova
Şəfiqə Axundova 26 iyulda vəfat edib
Bu gün Ramiz Mirişlinin vəfat etdiyi gündür
16 APREL GÖRKƏMLİ BƏSTƏKAR RAMİZ MİRİŞLİNİN VƏFAT ETDİYİ GÜNDÜR
Bu gün Asəf Zeynallının vəfat etdiyi gündür
27 OKTYABR ASƏF ZEYNALLININ VƏFAT ETDİYİ GÜNDÜR
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 