Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar.
ONN media xəbər verir ki, bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var.
ADSEA-nın “İri Şəhərlərin Su Təchizatı” həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir.
“5 sual, 5 cavab” rubrikasının növbəti sual və cavab paketini təqdim edirik:
- Mexaniki tipli sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?
İstehlakçı sukanal idarəsi nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 aylıq dövrdə (istehlak dövrü 12 aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Bu normaya əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır.
Eyni zamanda https://my.gov.az/ elektron hökumət portalına daxil olaraq “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən istifadə etməklə mexaniki sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş - faktura əldə edə bilərsiniz.
- Su təchizatı xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair hara və necə müraciət edim?
İstehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (Sudan İstifadə Qaydalarının 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) məqsədilə https://my.gov.az/ elektron hökumət portalına, “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti” elektron xidmətinə, sukanal idarəsinə, ASAN Xidmət, ASAN Kommunal və Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlidir.
5 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunur. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.
- Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün hara müraciət edim?
ASAN Xidmət və ASAN Kommunal Mərkəzlərinə, Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlisiniz. Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün “Texniki şərt”in verilməsi ilə bağlı abonentə 30 təqvim günü ərzində cavab verilir.
- Su istifadəsinə görə yaranan borc barədə necə dəqiqləşdirmə apara bilərəm?
https://my.gov.az/ elektron hökumət portalında “Borcun araşdırılması üzrə müraciət” elektron xidmətindən istifadə etməklə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda yaranmış borcun araşdırılması ilə bağlı müraciət edə bilərsiniz.
- Mexaniki sayğac işləmədikdə sərf edilmiş suyun həcmi hansı qaydada hesablanır?
Mexaniki sayğac işləmədikdə, yeni sayğac quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
Siz https://my.gov.az/ elektron hökümət portalına daxil olaraq “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” elektron xidmətimizdən istifadə etməklə mexaniki sayğacın dəyişdirilməsinə müraciət edə bilərsiz.



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
İtirilmiş smart kartın əvəz edilməsi ödənişlidir? - Rəsmi
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək - YENİ QƏRAR
Prezident İlham Əliyev “BBC News”a müsahibə verib
Milli energetika sistemimiz yeni inkişaf mərhələsində
İlham Əliyev “A Haber” telekanalına müsahibə verdi (YENİLƏNDİ)
Prezident “Anadolu” agentliyinə müsahibə verdi - TAM MƏTN
Sabah intensiv yağış yağacaq
Bakı nefti bahalaşdı
Azərbaycanlılar bu ölkədən deport olundu
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
Ronaldo dünya çempionatı ilə vidalaşdı - Video
Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
Bəzi rayonlara leysan yağır
Günün qoroskopu: Baş verən hadisələri diqqətlə izləyin
Güclü külək əsəcək – Xəbərdarlıq
Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb
Müəllim olmaq istəyənlərin nəzərinə!
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
Prezident bu gəncə yüksək vəzifə verdi
Avtovağzalda avtobus yandı 