Azərbaycanda iyulun 8-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.



Bayram günlərində hava necə olacaq?
Bayram günləri hava necə olacaq?
Bayram günlərində hava necə olacaq?
Bayram günlərində hava necə olacaq?
Bazar günü hava necə olacaq?
Bayram günlərinda hava necə olacaq?
Bayram günlərində hava necə olacaq? - Proqnoz
Bayram günlərinin havası: qar, şaxta...
Sabaha olan hava proqnozu
Sabahın hava proqnozu açıqlandı
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Sabah hava necə olacaq?
Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
Bakı nefti bahalaşdı
Azərbaycanlılar bu ölkədən deport olundu
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
Ronaldo dünya çempionatı ilə vidalaşdı - Video
Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
Bəzi rayonlara leysan yağır
Günün qoroskopu: Baş verən hadisələri diqqətlə izləyin
Güclü külək əsəcək – Xəbərdarlıq
Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb
Müəllim olmaq istəyənlərin nəzərinə!
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
Prezident bu gəncə yüksək vəzifə verdi
Avtovağzalda avtobus yandı 