ONN İnformasiya Agentliyi

Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edildi

Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edildi
28 Yanvar 2022 - 15:20

Bakı Metropoliteni QSC-nin “Sahil”, “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri vəzifələrindən azad edilib.

ONN media xəbər verir ki, onların yerinə təyinatlar olub.

Bildirilir ki, “Sahil” stansiyasının rəisi Taleh Məmmədov başqa işə keçdiyi üçün vəzifəsindən azad olunmaqla bağlı ərizə yazıb.

Metronun “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri Alpaşa İsmayılov və Zahid Rəcəbov isə təqaüd yaşları çatdığı üçün əmək müqavilələrinə xitam verilib.

“Sahil” stansiyasına T.Məmmədovun yerinə Nurlan Nəbiyev, “Azadlıq prospekti” stansiyasına A. İsmayılovun yerinə Xalid Məmmədov və “Nəsimi” stansiyasına isə Z.Rəcəbovun yerinə Ramin Əliyev təyin edilib.

Yeni təyinata qədər Nurlan Nəbiyev “İnşaatçılar” stansiyasında, Xalid Məmmədov “28 May” stansiyasında, Ramin Əliyev isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə Növbətçisi vəzifəsində çalışıblar.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov kadr dəyişikliyini təsdiq edib.

Bu dəyişikliklə metronun 26 stansiyasının rəhbərliyi aşağıdakı kimi formalaşıb:

Stansiya rəisinin adıHazırda rəhbərlik etdiyi stansiyaƏvvəl rəhbərlik etdiyi stansiya
1Əlişan AğayevAvtovağzalMemar Əcəmi (Bənövşəyi)
2Niyaz AlıyevMemar Əcəmi (Bənövşəyi)Qara Qarayev
3Akif MəmmədovŞah İsmayıl XətaiƏhmədli
4Yusif KərimovCəfər CabbarlıGənclik
5Vüsal ZeynalovNizamiİmtahanla qəbul edilib
6Şaiq HeydərovElmlər AkademiyasıCəfər Cabbarlı
7Sərdar BabayevİnşaatçılarBakmil
8Elçin Süleymanov20 Yanvarİnşaatçılar
9Şahvələd HüseynovMemar Əcəmiİçərişəhər
10Ramin ƏliyevNəsimiİmtahanla qəbul edilib
11Xalid MəmmədovAzadlıq prospektiİmtahanla qəbul edilib
12Faiq HəsənovDərnəgülAvtovağzal
13Cümşüd CəfərovİçərişəhərSahil
14Nurlan NəbiyevSahilİmtahanla qəbul edilib
15Müstəcəb Qurbanov28 MayNəriman Nərimanov
16Əli MayılovGənclikElmlər Akademiyası
17Seyfulla VəliyevNəriman NərimanovMemar Əcəmi
18Dəyanət DadaşovBakmilŞah İsmayıl Xətai
19Elxan ZeynalovUlduzNəsimi
20Vadim MəmmədovKoroğluHəzi Aslanov
21İlqar RüstəmovQara QarayevAzadlıq prospekti
22Mehman İbrahimovNeftçilərKoroğlu
23Arif HəsənliXalqlar dostluğuİmtahanla qəbul edilib
24Cəmşid CəfərovƏhmədliNeftçilər
25Vidadi İbrahimovHəzi Aslanov28 May
26Yusif Şabanov8 NoyabrNizami
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png