ONN İnformasiya Agentliyi

Bakının məşhur prospektində təmir işlərinə başlanılır

Bakının məşhur prospektində təmir işlərinə başlanılır
13 Mart 2024 - 16:34

Martın 15-dən Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə agentlik bəyan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png