ONN İnformasiya Agentliyi

Bank kartları ilə bağlı – VACİB XƏBƏRDARLIQ

Bank kartları ilə bağlı  – VACİB XƏBƏRDARLIQ
17 Yanvar 2021 - 13:05

Dələduzlar bank kartlarının məlumatlarını ələ keçirmək məqsədi ilə bankların loqo və adından istifadə edərək oxşar saytlar yaradırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən ONN media -ya verilən məlumata görə, onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər.

Aşkar olunan saxta saytlara nümunə olaraq kapitalaze.com saytını qeyd etmək olar.

Mərkəz kart məlumatlarının oğurlanmasının qarşısını almaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edir.

İlk növbədə heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirilməməlidir. Belə ki, bu məlumat heç bank işçisi tərəfindən soruşulmur.

CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.

İstifadəçinin kartına pul göndərilirsə, bu halda göndərən tərəfə pulu qəbul edənin CVV kodu tələb olunmur.

Həmçinin telefona gələn dörd rəqəmli OTP kod kənar şəxslərə bildirilməməlidir. OTP kod göndərilən SMS-də xərcin təyinatı və xərclənəcək məbləğ barədə məlumat olur. Bu məlumatlara diqqət yetirilməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png