ONN media

Sürücülərin DİQQƏTİNƏ!

Sürücülərin DİQQƏTİNƏ!
09 Oktyabr 2019 - 19:36

10 oktyabr tarixindən etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır.

Bu barədə ONN media -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

Bu müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png