ONN İnformasiya Agentliyi

Sürücülərə XƏBƏRDARLIQ

Sürücülərə XƏBƏRDARLIQ
03 Yanvar 2020 - 20:46

Ötən gecədən ölkə ərazisinə yağmağa başlayan intensiv qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan və Ağsu dolaylarından keçən hissələrində, eləcə də Muğanlı-İsmayıllı yolunda daha çox müşahidə edilib.

ONN media bildirir ki, yolların qardan təmizlənməsi üçün gecə saatlarından əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə duz və qum səpilərək avtomobillərin hərəkəti təmin edilib. Hazırda Ağsu dolaylarında hər iki istiqamətdə yol açıqdır. Gecə saatlarında şaxta düşərsə, sürücülərin ehtiyatlı olması tövsiyə edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png