Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bildirilib ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 21926 bakalavrdan 515 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.



Magistratura imtahanının nəticələri açıqlandı
Yekun nəticələr elan olundu - DİM
DİQQƏT- Qəbul imtahanının nəticələri açıqlandı
DİQQƏT - Nəticələr açıqlandı
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
DİM bu imtahanın nəticəsi açıqlandı
Sınaq imtahanının nəticələri ELAN EDİLDİ
Buraxılış imtahanının nəticələri açıqlandı
İmtahan nəticələri açıqlandı
DİQQƏT- Nəticələr açıqlandı
Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qəbul imtahanlarında maksimal ballar açıqlandı
Rayonlarda pensiyalar nə vaxt veriləcək?
Lavrovla Fidan görüşdü
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ
İyunun 21-də keçiriləcək imtahanla bağlı vacib açıqlama
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür
"Azeri Light" neftinin qiyməti 4 faizdən çox ucuzlaşıb
"Qarabağ"ın Avropa Liqasındakı ilk rəqibi bu gün bəlli olacaq
Bəzi ərazilərə intensiv yağış yağır
"Space" TV-yə yeni bədii rəhbər təyin olundu
Moskva–Naxçıvan reysində təhlükəli səhv 