ONN İnformasiya Agentliyi

Bakıda yeni məktəb binaları istifadəyə veriləcək

Bakıda yeni məktəb binaları istifadəyə veriləcək
06 Avqust 2018 - 16:11

Yeni tədris ilində paytaxtda yeni məktəb binaları istifadəyə veriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONN media-ya verilən məlumata görə, paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası davam edir. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png