ONN İnformasiya Agentliyi

Bu qəbul imtahanları da ləğv olundu

Bu qəbul imtahanları da ləğv olundu
13 Mart 2020 - 23:09

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) ONN media -ya verilən məlumata görə, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən qeyd olunan imtahanın keçirilməsi təxirə salınmışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png