ONN İnformasiya Agentliyi

Kəndlərdə dərs deyən müəllimlərə şad xəbər

Kəndlərdə dərs deyən müəllimlərə şad xəbər
12 Yanvar 2018 - 2:09

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.

ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yeni qərarında qeyd olunub.

Qərara görə, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislər fəaliyyətlərini digər kənd rayonlarının təhsil müəssisəsində davam etdirəcəkləri təqdirdə də, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən 60 manat məbləğində kompensasiyanı alacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png